Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda respublika çempionu məşq zalında vəfat etdi - ŞƏKİL

Tarix: 23-03-2022 09:57     Baxış: 3313 A- / A+

Biləsuvar rayonunda trenajor zalında ölüm hadisəsi baş verib.
Manevr.az xəbər verir ki, hadisə Biləsuvar şəhərində fəaliyyət göstərən idman zallarından birində qeydə alınıb.

Belə ki, bura məşqə gələn Biləsuvar şəhər sakini, 1973-cü il təvəllüdlü Əhmədov Azər Həsən oğlu trenajorda məşq edərkən qəfildən dünyasını dəyişib. Onun ürəktutmadan vəfat etdiyi deyilir.
Qeyd edək ki, Azər Əhmədov rayonda idmançı kimi tanınıb. Gənc yaşlarından karate idman növü ilə məşğul olub. Bir neçə dəfə respublika çempionluğunu əldə edib. İranda və Ukraynada keçirilən beynəlxalq yarışlarda kubok qaliblərindən olub. Məşqçi-müəllim kimi çalışıb.
Birinci Qarabağ müharibəsi veteranı olan A. Əhmədov son illər başqa sahədə çalışsa da, mütəmadi idmanla məşğul olurdu.
Faktla bağlı araşdırma aparılır.report

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar