Xəbər lenti
Nigeriyalı futbolçuları aldadan azərbaycanlı AXTARIŞA VERİLDİ

Azərbaycan hüquq-mühafizə orqanları 43 yaşlı İsmayılov Musa Hüseyn oğlu barəsində axtarış elan ediblər.
O, Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.
Qeyd edək ki, M. İsmayılov Nigariyadan olan 6 futbolçunu Azərbaycandakı futbol klublarına transfer edəcəyi vədi ilə aldadaraq onların külli miqdarda pulunu ələ keçirib. Niyyətini reallaşdırmaq üçün o, həmin futbolçuları paytaxtın Nərimanov rayonundakı otellərdən birində yerləşdirib. Bir müddət sonra əcnəbi idmançılar aldadıldıqlarını başa düşüblər və Musa İsmayılovla bütün əlaqələrini itiriblər.
Aparılmış araşdırmalarla M. İsmayılovun digər şəxslərə qarşı da müxtəlif üsullarla dələduzluq etdiyi aşkar edilib. sonxeber.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar