Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ər arvad mikrodalğalı sobaya görə yanaraq öldü

Tarix: 13-03-2022 11:54     Baxış: 3250 A- / A+


Martın 12-ə keçən gecə Salyan rayonunun Aşağı Kürkənd kəndində 1953-cü il təvəllüdlü Əliyev Əliyar Alı oğlunun və həyat yoldaşı, 1954-cü il təvəllüdlü Əliyeva Elmira Mirzə qızının faciəli ölümü ilə nəticələnən hadisənin ilkin təfərrüatı məlum olub.
Manevr.az xəbər verir ki, mənzilə quraşdırılmış təhlükəsizlik kamerasının yaddaş kartına baxış keçirilərkən məlum olub ki, yanğın mətbəxdə yerləşən və elektrik xəttinə qoşulu vəziyyətdə saxlanılmış mikrodalğalı soba qısaqapanma nəticəsində alışması nəticəsində baş verib. Bu zaman yuxuda olan ev sakinləri xəbər tutana kimi ev alovlanaraq yanıb.
Yanğın zamanı mənzilin elektrik sitemi sıradan çıxdığından evin giriş-çıxış qapısı bloklanaraq kilidləndiyindən açılmayıb. Belə ki, pəncərələrə quraşdırılmış dəmir barmaqlıqlar üçün möhkəm olduğundan sakinlər yanan evi tərk edə bilməyiblər.
Qeyd edək ki, 2014-cü ildə qarət maskalı şəxs evə basqın edərək Ə.Əliyevə xəsarət yetirdiyindən o, təhlükəsiz tədbirləri görmüşdü. Bu, ev sahiblərinin yanan mənzili tərk etmələrinə imkan verməyib.
Qeyd edək ki, hadisə zamanı ümumi sahəsi 228 m² olan bir dam altında tikilən, 2 ailənin yaşadığı birmərtəbəli evlərdən, sahəsi 114 m² olan evin yanar konstruksiyaları və ona bitişik sahəsi 114 m² olan evin yanar konstruksiyaları 78 m² sahədə (ümumi 192 m²) yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı Ə.Əliyev və E.Əliyevanın yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam edir.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar