Xəbər lenti
Özünü "döydürən" aktyor həbs edildi

Bu barədə "Variety" nəşri xəbər verir.
Hollivud aktyoru özünə hücumun səhnələşdirilməsi ittihamı ilə həbs edilib. Smollett, həmçinin Çikaqo şəhərinə 120 000 dollar (204 000 AZN) təzminat və 25 000 dollar (42 500 AZN) cərimə ödəməli olacaq.
Xatırladaq ki, 2019-cu ilin yanvarında Smollett rasist və homofob təhqirlər qışqıran iki nəfərin ona hücum etdiyini bildirmişdi. Aktyor döyüldüyünü və üzərinə ağardıcı töküldüyünü qeyd etmişdi. Daha sonra məlum olmuşdu ki, hücum edənlər qardaşdır. Onlardan biri "İmperiya"nın çəkilişlərində iştirak edən statist, digəri isə aktyorun məşqçisidir. O da məlum olub ki, aktyor döyülməsinin səhnələşdirilməsi üçün onlara 3 500 dollar ödəyib.
Daha əvvəl KİV-də yayılan xəbərlərdə qeyd olunurdu ki, Smollett "İmperiya"dakı qonorarından narazı olması səbəbindən özünü "döydürmüşdü". Belə ki, "İmperiya"nın beşinci mövsümündə ona bir seriya üçün 100 min dollar (170 000 AZN) ödəyirlərmiş, o isə daha çox istəyirdi. qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar