Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Şuşada yol qəzasında həlak olan əsgər Bakıda dəfn olunacaq

Tarix: 04-03-2022 10:59     Baxış: 4239 A- / A+
Şuşada yol qəzasında həlak olan əsgər Bakıda dəfn olunacaq

Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında həlak olan əsgər Vüsal Vüqar oğlu Kazımovun nəşi artıq ailəsinə təhvil verilib.
Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2000-ci il təvəllüdlü V.Kazımovun vida və dəfn mərasimlərinin Tovuz rayonunda olması nəzərdə tutulsa da sonradan ailəsinin qərarı dəyişib.
Onun yaxınları Bakı şəhərində yaşadıqları üçün vida və dəfn mərasimlərinin paytaxtda keçirilməsinə qərar verilib.
Qeyd edək ki, ali təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə gedən V.Kazımovun xidməti başa vurmasına 3 ayı qalmışdı. O, evin tək oğlu olub, bir bacısı var.
Xatırladaq ki, hadisə ilə bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, martın 3-də hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub.Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar