Sizin Reklam Burada
Xəbər lenti
25-12-2025
24-12-2025
BÜTÜN XƏBƏRLƏR

Ukraynada öldürülən azərbaycanlılar barədə AÇIQLAMA: “Cəsədlər hələ də morqdadır”

Tarix: 02-03-2022 12:39     Baxış: 4229 A- / A+
Xəbər verdiyimiz kimi, Ukraynanın Odessa şəhərində diversiya qrupu əslən Kəlbəcərdən olan soydaşlarımızı daşıyan avtomobilləri atəşə tutmuşdu. Hadisə nəticəsində 4 nəfər həlak olub. 
Onlar əslən Kəlbəcərin Təkəqaya kəndindəndirlər.
Manevr.az xəbər verir ki, Təkəqaya kəndinin bələdiyyə nümayəndəsi Anar Məmmədov modern.az-a bildirib ki, ölənlərin cəsədləri hələ də Ukraynadakı morqdadır:
“Yaralıların vəziyyəti hazırda yaxşıdır. Cəsədlər də hələ ki morqdadır. Prokurorluq iki gün vaxt verib ki, lazımi sənədlər toplanılsın. Əgər sənəd işi həll olunsa, sabah üçün gətirilməlidirlər. Vəfat edənlərin və yaralıların yaxınları da Ukraynadadırlar. Mən dünən ölənlərin yaxınları ilə danışmışam, məlumatları onlar söyləyib”.
Qeyd edək ki, Odessada həlak olmuş azərbaycanlılar İsmayılov Rəhim Əli oğlu, İsmayılov Qabil Rəhim oğlu, İsmayılov Nemət Əli oğlu və Salmanov Camal Mirzənəsir oğludur.
Yaralılar isə İsmayılov Süleyman Nemət oğlu, Tağıyev Tacir Rövşən oğlu və Tağıyev Niyazi Rövşən oğludur.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar