Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

36 yaşlı kişi faciəli şəkildə öldü

Tarix: 28-02-2022 22:45     Baxış: 4339 A- / A+
Lənkəran rayonunda 36 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Manevr.az report-a istinadən verdiyi xəbərə görə, hadisə Göyşaban kəndində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Xəyal Ağacəfər oğlu Qasımov fevralın 27-də Bakıdan ailəsi ilə birlikdə Lənkərana gəlib. Həyat yoldaşı və iki azyaşlı övladını qayınatasıgildə qoyaraq ata evlərinə gedib. Ertəsi gün mərhumun qaynı yeznəsinin gəlmədiyini görərək, onun ata evinə gəlib.

Qapının bağlı olduğunu görüb və geri qayıdıb. Daha sonra ailə üzvləri təkrar gəlib və pəncərədən evə daxil olanda onu huşsuz halda aşkarlayıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib. X.Qasımovun bir müddət əvvəl keçindiyi məlum olub.

Onun dəm qazından öldüyü ehtimal edilir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar