Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda narkomanların yuvası aşkarlandı: Əraziyə əməliyyat qrupu gəldi - VİDEO

Tarix: 23-02-2022 09:19     Baxış: 4181 A- / A+
Bakıda narkomanların yuvası aşkarlandı: Əraziyə əməliyyat qrupu gəldi (VİDEO)
Paytaxtın Yasamal rayonu ərazisində narkomanlar baxımsız vəziyyətdə olan ərazini öz məskənlərinə çeviriblər. Onlar burada narkotik qəbul etdikdən sonra şprisləri əraziyə atırlar. Bu hal yaxınlıqda yaşayan sakinləri narahat edir.
Manevr.az xəbər verir ki, ''Xəzər Xəbər"in əməkdaşları sakinlərin şikayəti əsasında həmin ərazidə olub.
Məlum olub ki, həmin əraziyə istifadə olunmuş çoxsaylı şprislər atılıb. Baxımsız vəziyyətdən istifadə edən narkomanlar ərazidə narkotik qəbul edirlər.
Yaxınlıqda yaşayan sakinlər və parkdan istifadə edən vətəndaşlar isə buradan ehtiyatla keçirlər.
Uzun müddətdir ki, sakinlərin bir hissəsi ərazidən köçürülərək evlərin əksəriyyəti sökülüb. Ancaq bəzi evlər var ki, orada hələ də insanlar yaşayır. Onların iddiasına görə, gündüz və axşam saatlarında əraziyə yığışan narkomanlar istifadə etdikləri şprisləri hara gəldi atırlar.
Sakinlər iddia edirlər ki, narkotik qəbul edənlər yaxınlıqda yerləşən parka da gedirlər. Onlar bəzi hallarda parka istirahətə gələn sakinlər üçün problem yaradırlar.
Sakinləri narahat edən problemlə bağlı Daxili İşlər Nazirliyinə məlumat verdik. Bir neçə dəqiqədən sonra əraziyə polis əməkdaşları və əməliyyat qrupu gəldi.
Nazirlikdən bildirilib ki, problemin həll olunması üçün ərazi nəzarətə götürüləcək və burada fasiləsiz polis naryadları xidmət aparacaqlar.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar