Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

67 nəfər selin qurbanı oldu

Tarix: 18-03-2017 16:23     Baxış: 3367 A- / A+
67 nəfər selin qurbanı oldu


Sel səbəbilə bölgədə bəzi kəndlər boşaldılıb. Dövlət başçısı Pedro Pablo Kuçinski 1998-ci ildən bu günə qədər belə fəlakət yaşanmadığını bildirib

Peruda güclü yağışlar nəticəsində meydana gələn sel nəticəsində 67 nəfər həlak olub. Sel və torpaq sürüşmələri nəticəsində minlərlə insan təxliyyə edilib və yüzlərlə insan evlərinin damında köməksiz qalıb. Sputnik Azərbaycan-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkədə yağışlar səbəbindən daşan çaylar 115 min evə zərər vurublar, 117 körpü çöküb və yollar bağlanıb. Sel səbəbilə bölgədə bəzi kəndlər boşaldılıb. Dövlət başçısı Pedro Pablo Kuçinski 1998-ci ildən bu günə qədər belə fəlakət yaşanmadığını bildirib. Sinoptiklər ərazidə güclü yağışların daha iki həftə davam edəcəyini bildiriblər. Ölkə ərazisində fevral ayından başlayan sel fəlakətində fevral ayı ərzində 23 nəfər ölüb, 37 nəfər yaralanmışdı. 72 min insanın zərər gördüyü sel zamanı 15 min bina zərər görmüş, 994 bina, körpü və 46 km yol sıradan çıxmışdı. Xatırldaq ki, sel fəlakəti ilə əlaqədar ölkənin paytaxtı Lima başda olmaqla bir çox şəhərlərində fövqəladə vəziyyət elan edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar