Sizin Reklam Burada
Xəbər lenti
25-12-2025
24-12-2025
BÜTÜN XƏBƏRLƏR

Metropolitendən vəfat edən işçi ilə bağlı AÇIQLAMA

Tarix: 22-02-2022 14:37     Baxış: 3235 A- / A+
Metropolitendən vəfat edən işçi ilə bağlı AÇIQLAMA
Ötən gün Bakı Metropoliteninin əməkdaşının iş başında yıxılıb zədə alaraq dünyasını dəyişməsi ilə bağlı məlumat yayılıb. 
Manevr.az xəbər verir ki, məsələ ilə Bakı Metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qeyd edib ki, Məlikəli Əliyevin iş başında yıxılıb zədə alaraq dünyasını dəyişməsi ilə bağlı iddiaların heç bir əsası yoxdur.
"Elektrik təchizatı xidmətinin elektrik yarımstansiyaları distansiyasının elektrik mexaniki olan Məlikəli Əliyev cümə günü (18 fevral – red.) işçi həqiqətən işdə özünü pis hiss edib. Lakin həmin gün iş vaxtının sonuna qədər işinin başında öz funksiyalarını yerinə yetirib. Həmin gün gecə saatlarında onun vəziyyəti pisləşib və ona təcili yardım çağırılıb. Daha sonra Məlikəli Əliyev insult diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ötən gün saat 20:00-21:00 radələrində 63 yaşlı işçimiz vəfat edib”, - deyə Məmmədov bildirib.
Bakı Metropoliteninin rəsmisi vurğulayıb ki, hadisə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə də məlumat verilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar