Sizin Reklam Burada
Xəbər lenti
26-12-2024
25-12-2024
BÜTÜN XƏBƏRLƏR

Cinayətkar Baqramyan batalyonunun Qarabağdan biabırçı qaçışı - TARİX

Tarix: 19-02-2022 20:27     Baxış: 4205 A- / A+


2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə yanaşı, erməni separatizminə ağır zərbə vurdu. Amma bu zərbə təkcə rəsmi İrəvanın Qarabağ erməniləri arasında körüklədiyi separatçılıq meyllərinə deyil, qonşu Gürcüstanda bu ideyanın tərəfdarı olan ermənilər üçün də “soyuq duş” rolunu oynadı.
1992-1993-cü il Gürcü-Abxaz Müharibəsi zamanı Abxaziyada yaşayan 75 minlik erməni icması vətəndaşı olduqları Gürcüstan dövlətinə qarşı silah çəkərək, hələ də həll olunmamış münaqişənin geniş miqyas almasında rol oynadıqdan sonra, Azərbaycan haqq savaşına da müdaxilə göstərməyə cəhd edib.
1993-sü il fevralın 9-da yaradılan Baqramyan batalyonu Gürcüstan Ordusu ilə döyüşlərdə, 200 mindən çox etnik gürcünün Abxaziyadan didərgin salınmasında aktiv iştirak edib. Vaqarşak Kosyanın başçılıq etdiyi 1-ci batalyonun ardınca, 1993-cü ilin yayında Qevorq Markaryanın başçılıq etdiyi sayca ikinci Baqramyan batalyonu da yaradılmışdı.
Suxumi şəhəri, Kodor dərəsinin işğal olunmasında hər iki batalyon aktiv iştirak edib, gürcü əhaliyə qarşı xüsusi qəddarlığı ilə seçilib. Bu “xidmətlərinə” görə batalyonun 20-dən çox döyüşçüsü qondarma “Abxaziya qəhrəmanı” adını alıb.
Ümumilikdə, batalyonun və separatçıların digər hərbi birləşmələrinin sıralarında 2 mindən çox etnik erməni Gürcüstana qarşı aktiv döyüşüb, onlardan 224-ü döyüşlər zamanı ölüb.
Batalyon 2008-ci ilin avqustunda “Beş günlük müharibə” sırasında da Kodor dərəsinin yuxarı hissəsini ələ keçirərək, Gürcüstana qarşı növbəti təcavüzə imza atmışdı.
Qeyd olunmalıdır ki, uzun illər rəsmi Tbilisinin qəzəbinə tuş gəlməmək üçün rəsmi İrəvan Abxaziya erməniləri ilə məsafə saxlasa da, sonradan tərəflər arasında dərin siyasi, maliyyə və hərbi bağların olduğu üzə çıxdı.
Bunun ən bariz nümunəsi 2013-cü il aprelin 9-da Ermənistan prezidenti seçilən Serj Sarkisyanın andiçmə mərasimində Baqramyan batalyonunun yaradıcıları, Abxaziya Erməniləri İttifaqının sədri Xaçik Minasyan və onun müavini Qalust Trapizonyanın iştirakı idi.
Gürcüstanın o zamanki prezidenti Mixail Saakaşvili “Rustavi 2” telekanalına açıqlamasında “bizim Xarici İşlər nazirliyi belə məsələlərə reaksiya verməlidir. Hakimiyyətim dövründə erməni həmkarımla dostluq münasibətlərim var, lakin bu kimi halları həmişə qeyd etmək lazımdı”- deyə baş verənlərdən narazılığını ifadə etmişdi.
Məhz Gürcüstanla müharibədə bir sıra faktorların təsiri ilə qazanılan təsadüfi uğurların eyforiyası altında Abxaziya erməniləri Ermənistan və Rusiyadakı bəzi siyasi dairələrin təklifi ilə Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşə də qoşulmaq qərarı verdi.
Manevr.az cinayətkar Baqramyan batalyonunun İkinci Qarabağ müharibəsindəki kiçik iştirakı və rüsvayçı məğlubiyyəti barədə yazını təqdim edir.
2020-ci il noyabrın 6-da Azərbaycan Ordusu artıq Daşaltı kəndini azad edərək Qarabağın mərkəzi sayılan Şuşa uğrunda döyüşlərə başlamışdı. Döyüş meydanında ciddi məğlubiyyətə uğrayan düşmən qüvvələri informasiya cəbhəsində aktivləşməyə, psixoloji üstünlük qazanmağa cəhd etdilər.  
Həmin gün milliyətcə abxaz olan Donbas separatçısı, Ukraynaya qarşı döyüşlərdə aktiv iştirak etdiyi üçün qondarma “Donetsk Xalq Respublikasının qəhrəmanı” adını almış Axra Avidzba “Facebook” hesabından etdiyi paylaşımda Baqramyan batalyonunun veteranlarının gənc döyüşçülərlə birlikdə Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşmək üçün yola düşdüyünü yazmışdı. Sözlərinin sübutu olaraq o, Soçi aeroportu önündə toplaşan 30-a yaxın şəxsin yer aldığı şəkil də paylaşmışdı. Onlar arasında Abxaziyadakı erməni icmasının rəhbəri, Baqramyan batalyonunun rəhbərlərindən biri olan Qalust Trapizonyanı da görmək mümkün idi.
“Abxaziya ermənilərindən ibarət könüllülərin ilk qrupu Qarabağa yola düşüb. Könüllülər Soçi aeroportunda İrəvana birbaşa reyslə yola düşüblər. Qrupun əsas hissəsini 1992-1993-cü illərdə Gürcü-Abxaz Müharibəsində Baqramyan batalyonunun sıralarında vuruşan veteranlar təşkil edir. Onlarla birlikdə Abxaziyanın erməni icmasının gəncləri də Qarabağa gedir”, – deyə Rusiya xüsusi xidmət orqanları ilə sıx əlaqəsi olan hərbi jurnalist “WarGonzo” layihəsinin müəllifi, hərbi jurnalist Semyon Peqov yazmışdı.
Beləliklə, noyabrın 6-dan başlayaraq Abxaziya ermənilərinin “Baqramyan Batalyonu” adını verdikləri qanunsuz silahlı dəstə üzvləri Soçi-İrəvan reysi ilə Ermənistana, oradan isə Gorus-Xankəndi yolu ilə Qarabağa yerləşdirilməyə başlanıldı.
Onların Ermənistana və oradan Qarabağa göndərilməsini erməni mənşəli rusiyalı biznesmen, “Robson” ləqəbli kriminal avtoritet Ruben Tatulyan maliyyələşdirmişdi.
Noyabrın 7-də isə Qarabağ terrorçularının lideri Arayik Arutyunyan öz paylaşımı ilə Baqramyan batalyonunun Qarabağa gəlişini təsdiqləmiş oldu. Facebook səhifəsində paylaşım edən Arutyunyan Abxaziya ermənilərdən ibarət bir qrup “könüllü”nü Xankəndidə qəbul etdiyini və onların səhra düşərgələrində qısa təlim keçdikdən sonra tezliklə döyüşlərə qatılacağını anons etmişdi.
Ermənistanın kapitulyasiya aktı imzalamasından 3 gün öncə paylaşılan bu xəbərdən sonra Baqramyan batalyonunun Qarabağdakı fəaliyyəti barədə heç bir rəsmi açıqlamaya rast gəlinmir.
Abxaziya ermənilərinin cəbhənin hansı istiqamətində döyüşə cəlb olunması, say tərkibi, itkiləri barədə heç bir məlumat yayılmadı. 
Sosial şəbəkələrdə yayılan azsaylı şəkillərdən Baqramyan batalyonunun Qarabağa gətirilən üzvlərinin real sayının 100-ü keçmədiyini və onların ümumiyyətlə, döyüşlərə qatılmadığını söyləmək olar.
Bütün bu faktları nəzərə aldıqda Baqramyan batalyonunun Qarabağa gəlişinin psixoloji üstünlük effekti yaratmağa hesablanmış bir piar aksiya olduğunu və batalyonunun hərbi cinayətkarlardan ibarət üzvlərinin Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları fonunda döyüşlərə qatılmaqdan imtina edərək Qarabağdan biabırçı şəkildə qaçdığını söyləmək olar./lent.az

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar