Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Rəmiş Cəfərovun evinə “qara maskalılar” girib? - DİN-dən açıqlama

Tarix: 17-02-2022 22:18     Baxış: 3279 A- / A+




Hüquq müdafiəçisi Rüfət Səfərov canlı yayımda bu gün prospekti bağlayan "R Group Azerbaijan" MMC-nin rəhbəri Rəmiş Cəfərovun evinə "qara maskalılar"ın girdiyini iddia edib.
Manevr.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov hüquq müdafiəçisinin iddialarına cavab verib.
"Bunlar hamısı əsassızdır. Onun evinə, ofisinə heç bir "qara maskalı", naməlum şəxs girməyib. Sürücü Rəmiş Cəfərovun atası Zəkiran Cəfərov minlərlə insanın işə gecikməsinə səbəb olan oğluna bəraət qazandırmaq istəyir.
Rəmiş Cəfərov vəkillə təmin olunub, ona hüquqları izah edilib. O saxlanılıb, araşdırma aparılır, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".
E.Zahidov Rüfət Səfərov və Zaur Əkbərin döyülməsi iddiasına da cavab verib:
"Onlar Nəriman Rayon Polis İdarəsinin ərazisində çəkiliş ediblər, onlara xəbərdarlıq edilib ki, çəkiliş etməsinlər. Orada heç kim döyülməyib, sadəcə deyiblər ki, çəkiliş aparmayın. Rüfət Səfərovla əlaqə saxladım, o da anlayışla qarşıladı.
Çox təəssüf olsun ki, bəziləri sürücülərin bu hərəkətindən öz siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd edirlər".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar