
Bakıda 3 nəfərə qarşı dələduzluq edilib.
Hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini Tural Quliyev vətəndaşlar - Habil Nəsirov, Rza Quliyev və Səbuhi İsmayılova özünü Dövlət Sosial Müdafiə Fondunun sürücüsü kimi təqdim edib. O, etibarını qazandığı şəxsləri müxtəlif dövlət qurumlarında sürücü vəzifəsinə düzəldəcəyini deyərək hərəsindən ayrı-ayrılıqda 3 min manat olmaqla, ümumilikdə 9 min manat pul alıb.
Daha sonra o, vədinə əməl etməyib.
Hadisə ilə bağlı hər üç şəxs Suraxanı Rayon Polis İdarəsinə müraciət edib. T.Quliyev saxlanılıb və vətəndaşlara vurduğu maddi ziyan ödətdirilib./report