Sizin Reklam Burada
Xəbər lenti
22-06-2026
21-06-2026
20-06-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiyada QALMAQAL: Azərbaycan diasporu üzr istədi, qubernator 4 gün vaxt verdi

Tarix: 17-02-2022 14:01     Baxış: 4271 A- / A+


Rusiyada  QALMAQAL:   Azərbaycan diasporu üzr istədi, qubernator 4 gün vaxt verdi
“Üzr istəyirik. Azərbaycanlıların mentalitetində qadınlara xüsusi münasibət var. Qadına hörmət etməyən azərbaycanlı, azərbaycanlı deyil. Bizi belə tərbiyə ediblər, bu, bizim mənəvi dəyərlərimizdi”.
Manevr.az-ın məlumatına görə,  bu sözləri Rusiya KİV-ə Sverdlovsk vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun lideri Şahin Şıxlınski bildirib.
Yekaterinburq şəhər Sortirovka rayonunda bir qrup gənc yerli sakinləri, ana və onun qızını döyüblər. Nəticədə hər ikisi ağır xəsarət alıb. Onlara hücum edənlərdən biri isə azərbaycanlı tələbə olub.

Şıxlınski bildirib ki, artıq həmin azərbaycanlı tələbənin dayısıyla söhbət aparıb. Həm özü, həm də dayısı həmin ailədən üzr istəyiblər “Eləcə də biz diaspora olaraq zərər çəkən ana və qızına hər cür mənəvi və maddi dəstəyi verməyə hazırıq”. 
Diaspora lider onu da qeyd edib ki, vilayətdə yaşayan bütün azərbaycanlı gənclərlə profilaktik iş aparılacaq. 
Bu arada vilayətin qubernatoru Yevgeni Kuyvaşev qadınlara hücum edənləri “bandit dəstəsi” adlandırıb. O, hökumət üzvlərinə tapşırıq verib ki, diaspora rəhbərləri ilə təcili görüşlər keçirsinlər.  “Biz belə hallara qarşı sərt olacağıq. Dörd gün vaxt verirəm. Tədbir görün və mənə məlumat verin”  deyə, o bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar