Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Kirvəlikdən imtina edən şəxsin ot tayasını yandırdı

Tarix: 14-02-2022 08:53     Baxış: 4234 A- / A+
Şəmkirdə fermada yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, 2021-ci ilin dekabr ayının 26-da Şəmkir rayon Polis Şöbəsinin Kür Polis Bölməsinə rayonun Qapanlı kəndində yerləşən fermalardan birində yanğın olması barədə məlumat daxil olub. 

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Araşdırmalar zamanı məlum olub ki, fermadakı ot tayası naməlum şəxs və ya şəxslər tərəfindən yandırılıb.

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus, ümumi dəyəri 190.000 manat olan 60.000 ədəd arpa və yonca ot bağlamalarını yandırmaqda şübhəli bilinən Qapanalı kənd sakini Abbas Heydərov saxlanılıb. Saxlanılan şəxs ifadəsində ferma sahibinin kirvə qohumluğundan imtina etdiyinə görə hadisəni törətdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. apa

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar