Xəbər lenti
Ermənistanda güclü zəlzələ: Azərbaycan da silkələndi

Manevr.az xəbər verir ki, erməni mediası 5 baldan çox olan zəlzələnin episentrinin Gümrüyə düşdüyünü yazıb.
Zəlzələ bütün Ermənistanda, o cümlədən Gürcüstan və Azərbaycanın qərb rayonlarında – Qazax, Tovuz, Gəncə, Ağstafa, Şəmkir və s. hiss edilib.
ABŞ Seysmoloji Mərkəzi isə zəlzələnin Ermənistan-Gürcüstan sərhədində, 5,4 bal gücündə baş verdiyini açıqlayıb.
Ermənistan fövqəladə hallar nazirinin müavini Armen Pabuxçyan zəlzələnin saat 22:25-də, Gürcüstan-Ermənistan sərhədində, Gümrüdən 51 km şimal-şərqdə, yerin 10 km dərinliyində qeydə alındığını bildirib. Episentrdə zəlzələ 6-7 bal gücündə olub, ətrafda 5,2 bal gücündə hiss edilib.
Gürcüstan Milli Seysmoloji Mərkəzi isə zəlzələnin 22:26-da baş verdiyini, episentrinin Samsxve-Cavaxetiyə, Sameba kəndinə (Tiflisdən 52 km məsafədə) düşdüyünü, episentrdə zəlzələnin 6,2 bal gücündə olduğunu bildirib. "Ermənistanda 5 bal, Azərbaycanda isə 3,5 bal civarında hiss edilib", - məlumatda qeyd edilib./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar