Xəbər lenti
Bakıda “Range Rover”in şüşəsini sındıran 21 yaşlı gənc kimdir? - VİDEO
Bakıda "Land Rover" servisin qarşısında son model "Range Rover"in ön şüşəsini sındıran gənc sosial şəbəkələrin gündəminə çevrilib.
Manevr.az xəbər verir ki, Qaynarinfo həmin gəncin kimliyini araşdırıb. Məlum olub ki, dövlət nömrə nişanı 99 VH 600 olan "Mercedess C-300” markalı avtomobilin sahibi Hidayətov Vüsal Rafael oğludur
O, sosial şəbəkələrdə "hidayetov” adı ilə məşhurlaşıb. Gəncin məşhurlaşmasına səbəb idarə etdiyi müxtəlif bahalı avtomobillərdə eyni dövlət nömrə nişanından istifadə etməsidir.
Qaynarinfo-ın araşdırmasından sonra bəlli olub ki, paytaxt yollarında sözügedən avtomobillərlə ciddi qayda pozuntularına yol verən gənc Azərbaycan İdman Akademiyasının tələbəsidir.
İzləyicilərindən birinin ondan eyni avtomobil nömrəsini bir neçə avtomobildə necə istifadə etməsinin yollarını da soruşub.
Nə qədər qəribə səslənsə də, qaydaları belə rahatlıqla pozan gənc cavab olaraq bildirib ki, avtomobili tranzitdən çıxarmaq üçün sonu 600-lə bitən nömrəni bir günlüyə qeydiyyatdan keçirməyi də bacarır.
Bu əməllərinin arxasında avtomobilində gəzdirdiyi külli miqdarda dollar əskinaslarının dayandığını da nümayiş etdirməkdən çəkinməyən Vüsal Hidayətov adlı gənc bir qədər də qabağa gedərək yollarda qaydaları pozmaqla yanaşı, hətta hərəkətdə olan avtomobilinin şüşəsini də sındırmaqdan "ləzzət" aldığını sərgiləyir...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar