Xəbər lenti
Əfsanə cinayəti gizlətməyə görə məhkum oluna bilər – Qayınananın qətli
ARB-nin efirində qayınanası Fəxrəndə İbrahimovanı qətlə yetirdiyini deyən Əfsanə Cəfərovanın bu əməli törətmədiyi üzə çıxsa da, o məsuliyyətə cəlb oluna bilər.
Manevr.az xəbər verir ki, bu barədə qaynarinfo-ya hüquqşünas Günel Səfərova bildirib.
"Əgər Əfsanənin baş verən cinayətlə bağlı hüquqi baxımdan iş birliyi təsdiq olunsa, əvvəlcədən yazışmaları, cinayəti törətməmişdən əvvəl onun həmin cinayətin təşkilatçılığı ilə bağlı əlaqəsi aşkarlanarsa, qəsdən adam öldürməni göstərən hadisə varsa, o zaman onun həbs etmək imkanı var”, - deyə o əlavə edib.
Günel Səfərovanın sözlərinə görə, əgər hadisə onun yanında baş veribsə, o zaman Əfsanə cinayəti bilərək gizlətmə maddəsi ilə mühakimə oluna bilər: "Bu halda onun cərimə ilə canını qurtarma ehtimalı da var”.
Hüquqşünas bir maraqlı məqama da diqqət çəkib:
"Əfsanənin qayınanası onun və cinayəti törədən şəxsin qohumudur. Qayınana onlara güvənir və təhlükə gözləmir. 120-ci maddədə də aydın şəkildə göstərilir ki, yaxın qohumluq əlaqəsi olan insanların qəsdən həyatına zərər vurulması ilə bağlı ağırlaşdırcı hal nəzərdə tutulur. Bu cinayətdə istintaq o qədər dəqiq işləməlidir ki, qətlin əvvəlcədən təşkil olunub-olunmadığı, cinayətin əlbir şəkildə həyata keçirilib-keçirlimədiyi üzə çıxsın”.
Xatırladaq ki, bir neçə gün öncə Əfsanə Cəfərova ARB telekanalının efirində qayınanası Fəxrəndə İbrahimovanı öldürdüyünü bildirmişdi. Lakin sonradan aparılan araşdırmalar nəticəsində Fəxrəndə İbrahimovanın Cəfərov Seymur Elxan oğlu tərəfindən qətlə yetirildiyi üzə çıxıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar