Xəbər lenti
Azərbaycanda tanınmış vəkil vəfat etdi - ŞƏKİL

Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, tanınmış vəkil bu gün 89 yaşında dünyasını dəyişib.
Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasının müdiri, zəngin təcrübəyə malik vəkili Eleonora Rəcəbova 6 aprel 1933-cü ildə Bakı şəhərində anadan olub.
1951-ci ildə Bakı şəhəri 66 saylı orta məktəb bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1955-ci ildə oranı bitirib.

Həmin ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub və vəkil kimi fəaliyyət göstərmək üçün Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasına təyinatla göndərilib.
Əvvəlcə qısa müddət stajçı kimi, daha sonra peşəkar vəkillik fəaliyyətinə başlayıb.
Rəcəbova Eleonora Viktorovna 1989-cu ildə Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasının müdir müavini, 1994-cü ildə isə həmin məsləhətxananın müdiri təyin edilib.
1995-2004-cü illər ərzində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin, 2005-2010-cu illərdə Vəkillərin İxtisas Komissiyasının və Hakimlərin Seçki Komitəsinin üzvü olub.
2008-ci ildə “Vəkillər Kollegiyasının Fəxri Vəkili” adına layiq görülüb.
Allah rəhmət eləsin.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar