Xəbər lenti
Əlvida, şair dostum Fəxrəddin Əziz

Ağdaşın Qoşaqovaq kəndində dünyaya göz açsa da, ali məktəbi bitirəndən sonra təyinatla Mingəçevirə gəlmiş, ömrünün qalan hissəsini burada yaşamışdı. Bir müddət orta məktəbdə müəllim işləmiş, sonrakı dönəmlərdə ayrı-ayrı sahələrdə əmək fəliyyətini davam etdirmişdi. İlk gənclik illərindən istedadlı qələm sahibi kimi tanınmış, ona yaxın kitabını nəşr etdirmiş, çeşidli mətbuat orqanlarında, AYB Mingəçevir bölməsinin xəttiyə çap olunan “Aranın söz sovqatı”, “Uzaqdan gələn səs”, “Bir ocağın şöləsiyik” almanaxlarında xeyli sayda şeirləri yer almışdı. Özünə məxsus üslubda yazdığı hekayələri də maraqlı mövzulara və orjinal sujet xəttinə söykənmişdi. 2004-cü ildə mənim xeyir-duamla AYB-yə üzv qəbul olunandan sonra daha böyük həvəslə yazıb yaradırdı...

çıxışlarını dinməzcə seyr etsə də, baxışlarındakı sevins hissi açıq-aşkar hiss olunurdu...
Bu gün günortaya yaxın dünyaya göz açdığı Qoşaqovaq kənd qəbristanında dəfn edilən Fəxrəddin Əziz bu fani dünyanı ömrünün ən məhsuldar illərində tərk etsə də, özündən sonra təmiz ad, heç vaxt təravətini itirməyəcək ədəbi irs qoyub getdi. Allah sənə qəni-qəni rəhmət eləsin, əziz şair dostumuz, sən zaman-zaman xatırlanmağa layiq dəyərli insansan!
P,S. Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsində təmsil olunan yazarların da adından şair Fəxrəddin Əzizin-(Əzizov Fəxrəddin Hasan oğlunun)-ailə üzvlərinə, yaxın qohumlarına və dostlarına dərin hüzünlə başsağlığı verir, mərhum qələm dostuma Ulu Tanrıdan qəni-qəni rəhmət diləyirəm! Ruhu şad olsun!
İsmayıl MƏRCANLI İMANZADƏ
05.02.2022
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar