Sizin Reklam Burada
Xəbər lenti
25-12-2025
24-12-2025
BÜTÜN XƏBƏRLƏR

Keçmiş icra başçısı vəfat etdi - Şəkil

Tarix: 05-02-2022 21:10     Baxış: 3258 A- / A+

Saatlının sabiq icra başçısı Atabəy Şahmur oğlu Cahangirov 71 yaşında vəfat edib.
Manevr.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.
O, 7 iyul 1951-ci ildə Saatlı rayonunun Novruzlu kəndində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1970-ci ildə N.Nərimanov adına kolxozda aqronom kimi başlayıb. Bu vəzifədə 1975-ci ilə qədər işləyib. Eyni zamanda kolxozun ilk komsomol təşkilatının katibi olub. O, əmək fəaliyyətinə başladığı ilk illərdən rayon rəhbərliyinin diqqətində olub. Buna görə də o, Saatlı Rayon Komsomol Komitəsinin 2-ci, daha sonra isə 1-ci katibi kimi məsul vəzifələrə seçilib.
Atabəy Cahangirov 1975-81-ci illərdə rayon komsomol komitəsində işləmiş, sonradan Saatlı rayon partiya komitəsinin katibi (1981-1987), 1987-1992-ci illərdə 1-ci katibi, rayon Sovetinin sədri, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib.
O, 26 yaşında ikən rayon gənclərinə, 36 yaşında isə rayona rəhbərlik edib. Həmin dövrdə respublikada belə gənc ikən rayon partiya komitəsinin birinci katibi vəzifəsinə irəli çəkilən ilk şəxs olub.
Qeyd edək ki, mərhum YAP-ın İdarə Heyətinin üzvü, kardioloq, professor Tofiq Cahangirovun qardaşıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar