Sizin Reklam Burada
Xəbər lenti
27-12-2024
26-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Ruslar dedi ki, ermənilərə maşının kabininə baxmağa qoymayın” – Suqovuşanda nə baş verib?

Tarix: 05-02-2022 11:05     Baxış: 4207 A- / A+
Azərbaycana məxsus yük maşınlarının rus sülhməramlı kontingenti ilə yanaşı Qarabağda separatçıların polis uniformasını geyinən bir şəxs tərəfindən də yoxlanılması videosu narazılıq yaradıb.
Cümə axşamı günü Rusiya Müdafiə Nazirliyinin rəsmi internet saytında yerləşdirilmiş videoda görünür ki, üzərində Azərbaycan telefon nömrələri və latın hərfləri ilə "Qarabağ" sözü yazılmış bir yük maşını saxlanaraq yoxlanılır. Yoxlamada sülhməramlılara məxsus formada olan iki nəfərlə yanaşı əynində Qarabağdakı separatçılara məxsus polis geyimi olan bir kişi də iştirak edir.
Yoxlanmış yük maşınının aid olduğu yerli şirkətlərdən biri baş verənləri BBC News Azərbaycancaya təsdiqləyib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, video Azərbaycana məxsus 20-yə yaxın yük maşınının daxil olduğu iki kortejin Suqovuşan-Qızqala-Vəng istiqamətində və əksinə hərəkəti zamanı çəkilib.
Videoda yoxlandığı görünən yük maşınının məxsus olduğu "Qarabağ" yükdaşıma şirkətinin rəhbəri Şövqi Həsənov BBC News Azərbaycancaya müsahibəsində hadisəni təsdiqləyib. "Maşını Suqovuşandan Kəlbəcərə və əksinə istiqamətdə özüm idarə etdim. Suqovuşanı keçdikdən sonra orda ermənilərin də postu var. Ruslar bizə yaxınlaşıb dedi ki, onları maşının kabininə baxmağa qoymayın, amma yük yerini açın baxsınlar," - Şövqi Həsənov qeyd edib.
Humanitar yüklərin daşınmasını həyata keçirdiklərini deyən Şövqi Həsənov Qarabağdakı "erməni polislərin" maşınların yük yerinə baxdığını deyib. O qeyd edib ki, ənənəvi olaraq gedib-gəldikləri Murov yolu qarla örtüldüyünə görə bu yoldan istifadə ediblər.
Daha əvvəl Şuşaya da yük apardığını bildirən Şövqi Həsənov deyir ki, Xankəndi yolu ilə gedib-gəldiyi zaman rus postları ilə yanaşı, müxtəlif erməni postlarından da keçirdilər. Şirkət rəhbəri vurğulayıb ki, Xankəndidən keçməklə Şuşaya getdikləri zaman heç vaxt "erməni polislər" maşınlara baxış keçirməyiblər.
"Amma bu Kəlbəcər yolunda nə məsələdirsə, maşına baxış keçirirlər. Mən orda ruslara dedim ki, bəs niyə bunlara icazə verirsən maşına baxsın. Erməninin nə maddi marağındadır ki, biz nə aparırıq, nə gətiririk? Dedi, yuxarıdan tapşırıq belədir ki, yük yerlərinə onlar da baxmalıdır. Gedəndə də açdırıb baxdılar, gələndə də," - Şövqi Həsənov deyib.
O əlavə edib ki, onunla birlikdə Kəlbəcərə yük aparan digər sürücülər "erməni polislərin" əvvəllər bu marşrut üzrə yük maşınlarına baxış keçirmədiklərini deyiblər. "Sürücülər mənə dedilər ki, son 1-2 aydır ermənilər də Azərbaycan maşınlarına baxış keçirir," - yükdaşıma şirkətinin nümayəndəsi bildirib.
Şövqi Həsənov onu da qeyd edib ki, "erməni polislər" yüklərə baxsa da, hərəkətdə olan yük maşınlarını yalnız rus sülhməramlılarına məxsus hərbi avtomobillər müşayiət edir. 
Məsələ ilə bağlı Azərbaycan və Rusiya Müdafiə Nazirliklərindən reaksiya almaq mümkün olmayıb. Siyasi şərhçi Şahin Cəfərli deyib ki, Qarabağ ərazisi Azərbaycana aid olsa da, hazırda Azərbaycan tikinti və digər humanitar yüklərin ölkənin bir bölgəsindən digərinə daşınmasını Rusiyanın icazəsi ilə həyata keçirir.
"Bunun özü də göstərir ki, 10 noyabr 2020-ci il tarixli Bəyanatda nə qədər qüsurlar və çatışmazlılar var. Yəni orda bütün detallar qeyd olunmayıb, bütün detallar razılaşdırılmayıb" - Şahin Cəfərli belə şərh edib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə BBC-yə bildirib ki, hökumət orqanları video ilə bağlı araşdırmalara başlayıb. Onun sözlərinə görə, indiyədək dəfələrlə Azərbaycana məxsus yük maşınları Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdən keçməklə, digər bölgələrə səfər ediblər.
Belə bir hadisənin baş verməsini "yolverilməz" adlandıran parlament təmsilçisi məsələnin araşdırılacağını və müvafiq nəticələr çıxarılacağını bildirib. "Çox təəssüf ki, ara-sıra belə hadisələr baş verir. Buna misal olaraq, bir müddət əvvəl Fransada prezidentliyə namizədin gizlin şəkildə Xankəndi şəhərinə gəlməsi və təxribat xarakterli bəyanatlar verməsini göstərmək olar. Bu cür hadisələrlə bağlı Azərbaycanın çox kəskin reaksiyaları olub," - Aydın Mirzəzadə sözlərinə əlavə edib.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Dağlıq Qarabağ ərazisi ilə hərəkət edən Azərbaycan yük maşınları tikinti materialları və ərzaq daşıyıblar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar