Bakıda daha bir məhkum ölüb.
Hadisə Penitensiar Xidmətin Cəzaçəkmə Müəssislərindən birində qeydə alınıb. Orada saxlanılan Hüseyn Abdulvahabov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.
Manevr.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, dünyasını dəyişən H.Abdulvahabov bir neçə il əvvəl ağır cinayətlərdə ittiham olunaraq həbs edilən Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun dəstəsinin üzvü olub. Milliyətçə çeçen olan H.Abdulvahabov qardaşı Sidek H.Məmmədovun “sağ əli” imiş. Adıçəkilən çeçen qardaşlar H.Məmmədovun sifarişi ilə ən ağır cinayətlərə imza atıblar.
Onların törətdiyi cinayətlər arasında “Azərmebelsənaye” İstehsalat Birliyinin sədri Nazim Paşayevin oğurlanması da var. Belə ki, Hüseyn və qardaşı Sidek H.Məmmədovun təhriki ilə Nazim Paşayevi oğurlayaraq istədikləri pulu ala bilmədikləri üçün onu və sürücüsünü qətlə yetiriblər.
Bundan başqa, onlar 1996-cı ilin avqustunda İlham Qədimzadəni oğurlayaraq valideynlərindən 200 min dollar tələb ediblər. Pulu ala bilmədiyini gördükdə isə onun qulağını kəsərək ailəsinə göndəriblər. Sonradan 180 min dollar pul alaraq İ.Qədimzadəni sərbəst buraxıblar.
Hüseyn və Sidek qardaşlarının bu kimi cinayətlərinin sayı çoxdur.
Məhkəmənin hökmü ilə H.Məmmədovla birgə Hüseyn və Sedik qardaşları da ömürlük azadlıqdan məhrum ediliblər. H.Məmmədov 2017-ci ildə saxlanıldığı həbsxanada özünü asaraq intihar edib. H.Abdulvahabovun qardaşı Sidek isə hazırda Bakıda cəza çəkir.
Xəbər lenti
Hacı Məmmədovun cinayət ortağı həbsxanada öldü
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar