Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda içərisi pulla dolu seyf oğurlandı - ANBAAN VİDEO

Tarix: 31-01-2022 15:04     Baxış: 4218 A- / A+
Oğurluq anı
Bakının Nərimanov rayonunda obyektlərdən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, zərərçəkən polisə müraciət edərək yavarın 24-də naməlum şəxslərin obyektə daxil olduğunu və xəzinədarın otağından  içərisində 63 min manat olan seyfin oğurlandığını bildirib. Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb.
Nərimanov rayon Polis İdarəsinin və 17-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Burxan Əliyev və tanışı Orxan Əliəkbərov saxlanılıblar. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər. Bu şəxslərdən oğurladıqları pulun bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, həmin obyektdən oğurluq etməyi Burxan Əliyev təklif edib. Onlar oğurladıqları seyfi Mehdiabad qəsəbəsinə Burxan Əliyevin evinə apararaq orada sındırıblar. 

Qeyd edək ki, saxlanılan şəxslərin etdikləri oğurluq təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. 

Manevr.az


Oğurlanan pullarBurxan Əliyev və Orxan ƏliəkbərovOğurlanan seyfOğurluq anı



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar