Xəbər lenti
Keçmiş arvadının indiki əri tərəfindən döyülən kişi

Dörd gün bundan öncə Bakıxanov qəsəbəsi, Xəlil bəy Xasməmmədov küçəsi 1 B ünvanında 1980-ci il təvəllüdlü Atakişiyev Ramin Mobil oğlu döyülərək xəsarət almışdı.
Həmin şəxs 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq R.Atakişiyev xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanılıb. Ölən R.Atakişiyevin keçmiş həyat yoldaşı və onun indiki əri tutularaq istintaqa verilib.
Qeyd edək ki, yanvar 20-də axşam saatlarında Atakişiyev Ramin Mobil oğlu övladını görmək üçün keçmiş həyat yoldaşı ilə görüş təyin edib. R.Atakişiyevi isə Xəlil bəy Xasməmmədov küçəsi 1 B ünvanında onun həyat yoldaşının hazırda qeyri-rəsmi nikahda yaşadığı şəxs qarşılayıb. Həmin şəxs R.Atakişiyevi bel ilə döyərək ona ağır xəsarətlər yetirib. R.Atakişiyev komatoz vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar