Xəbər lenti
BAKIDA METRONU zəhərli qaz bürüdü - huşunu itirənlər var - FOTO

Bakı metrosunda tüstülənmə sərnişinləri qorxudub
Qatarların hərəkəti dayandı.
Metropolitendən verilən məlumata görə, hazırda qatarların hərəkəti bərpa olunub. Qatarlar hərəkətini normal qrafiklə davam etdirir.
Hadisə ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Son məlumata görə, hazırda "İçərişəhər" stansiyasından "Həzi Aslanov"a doğru qatarların hərəkəti dayanıb. Sərnişinlərdən daxil olan məlumata görə, tuneldən tüstü yayılır. Metronun "28 May" stansiyasının girişi bağlanıb. Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım maşınları cəlb olunub.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin İstiPress-ə verdiyi məlumata görə, hadisə "28 may" və "Gənclik" metro stansiyaları arasında baş verib. Hazırda mütəxəssislər tüstünün mənbəyini müəyyənləşdirir. Sərnişinlər üçün təhlükə olmadığı bildirilir.
Bakı metrosunun "28 may" stansiyasında qorxulu anlar yaşanıb.
"28 may" stansiyasından "Gənclik" stansiyasına gedən vaqonda yanğın baş verib. Zəhərli qaz vaqonu bürüdüyündən, vaqon boşaldılıb.
Əraziyə FHN-nin yanğınsöndürmə briqaları cəlb olunub. Bir nəfərin zəhərləndiyi deyilir.
Hazırda hadisə ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib. İstiPress
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar