Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bakı metrosunda problem: Sərnişinlər qatardan düşürüldü - AÇIQLAMA

Tarix: 19-01-2022 20:31     Baxış: 3298 A- / A+
Bu gün Bakı metrosunda qatarların hərəkətində gecikmə olub. 
“Bakı Metropoliteni” QSC bununla bağlı açıqlama verib.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu gün saat 18:37-də “Həzi Aslanov – Dərnəgül” xətti ilə hərəkət edən qatar nasazlıq səbəbilə “Nizami” stansiyasından depoya göndərilib.
O, həmçinin qeyd edib ki, sərnişinlər “Nizami” stansiyasında düşürülüb. Bundan sonra depoya göndərilən qatarın əvəzinə ehtiyat qatar xəttə buraxılıb.
Qeyd edək ki, bu gün axşam saatlarında sözügedən istiqamətdə qatarların gecikməsi sərnişin sıxlığına səbəb olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar