Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Həkim 63 yaşlı qadını səhv əməliyyat edib? - VİDEO

Tarix: 18-01-2022 11:41     Baxış: 4203 A- / A+
Kürdəmir sakini həkimin onu səhv əməliyyat etdiyini iddia edib.
Kor bağırsaq sancıları ilə xəstəxanaya müraciət etsə də, həkim tərəfindən öd kisəsi götürülüb. Hətta bu azmış kimi xəstənin daxilində əməliyyat zamanı tibbi vasitələrin qaldığı da iddia olunur. Səslənən iddialara xəstəxananın baş həkimi də münasibət bildirib.
Söhbət Kürdəmir rayon Ərşəli kənd sakini 63 yaşlı Zeynəb Hüseynovadan gedir.
“Xəzər Xəbər”ə danışan qadın qeyd edib ki, 2020-ci ildə qarın boşluğunda olan kəskin sancılarla rayon ərazisində olan özəl klinikalardan birinə müraciət edib.
Xəstənin sözlərinə görə, müayinə zamanı ona kor bağırsağında iltihabın olduğu və bunun dərhal əməliyyat olunması deyilib. Əməliyyat klinikanın baş həkimi Ağamir Ağayev tərəfindən olunub. Qadının iddiasına görə, həkim onu səhv əməliyyat edib.
Məsələ ilə bağlı klinikanın rəhbəri və həkim cərrahı Ağamir Ağayev səslənən iddialara cavab verib.
Qadının əməliyyat olunan yerinin aylardır sağalmaması məsələsinə gəldikdə isə həkim deyir ki, o, pasiyentə təklif edib ki, gəlin baxaq. Lakin özləri sonradan başqa həkimə getmək istəyiblər.
Qeyd edək ki, Zeynəb Hüseynova başına gələn bu hadisə ilə bağlı aidiyyəti qurumlara da müraciət edib.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar