Xəbər lenti
Xırdalanda dəm qazından boğularaq ölən 5 qızın kimliyi məlum olub -YENİLƏNİB
Bu gün Xırdalan şəhərində dəhşətli hadisə baş verib.
Abşeron rayon Polis Şöbəsindən lent.az-a bildirilib ki, Xırdalan şəhərində kirayə yaşayan 5 qız dəm qazından zəhərlənərək ölüb. Onların hamısı tələbədir.
Abşeron rayon Polis İdarəsinin rəisi və prokuror da daxil olmaqla hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Abşeron rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə bildirilib ki, faciəvi hadisə barədə onlara çağırış daxil olub, lakin təcili yardım əməkdaşları hadisə yerinə gedənə qədər hüquq-mühafizə orqanları tələbə qızların meyitlərini evdən çıxarıb morqa aparıb.
13:01
***
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən bildirilib ki, ölən tələbələr Xırdalan şəhərində yerləşən Humanitar Kollecdə oxuyurmuş. Onların cəsədləri hazırda morqa gətirilir. Ölənlərdən ikisi tələbə, digərləri isə onların qohumudur.
***
Xırdalan şəhərində dəm qazından boğularaq ölən şəxlərin kimliyi məlum olub.
APA xəbər verir ki, onlar Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızıdır.
Mələk Abbasova və Turanə Xalıyevanın Bakı Dövlət İqtisadiyyat və Hümanitar Kollecinin ikinci kurs tələbəsi olduqları bildirilir.
Bundan başqa, Turanə və Lamiyə Xanlayevalar bacıdırlar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar