Sizin Reklam Burada
Xəbər lenti
27-12-2024
26-12-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda xəstəxanada baş verən yanğında 15 nəfər zəhərləndi, 32 xəstə xilas edildi - ŞƏKİLLƏR

Tarix: 08-01-2022 09:36     Baxış: 3214 A- / A+
Sumqayıtda xəstəxanada baş verən yanğında 15 nəfər zəhərləndi, 32 xəstə xilas edildi (FOTOLAR)
Sumqayıt şəhərində ümumi sahəsi 4280 m² (hər mərtəbəsi 1070 m²) olan mansarda tipli dördmərtəbəli xəstəxana binasının birinci mərtəbəsində otağın və dəhlizin yanar konstruksiyaları 134 m² sahədə yanıb.
Manevr.az bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Yanğın zamanı xəstəxananın yerləşdiyi mərtəbələrdən yanğınsöndürənlər tərəfindən 32 nəfər (xəstə) xilas edilib, 49 nəfər (xəstə və personal) təhlükəsiz əraziyə təxliyə olunub. Xilas edilənlərdən 15 nəfər tüstüdən zəhərlənmə əlamətləri ilə təcili tibbi yardım briqadası tərəfindən digər xəstəxanaya aparılıb.
Əməliyyat şəraitinin operativ və düzgün qiymətləndirilməsi, yanğına çevik müdaxilə, cəlb edilən qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın qısa müddətdə söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar