Xəbər lenti
Özünü Azərbaycan FHN-in əməkdaşı kimi təqdim edib Türkiyədə mükafat aldı – VİDEO + RƏSMİ AÇIQLAMA
Fövqəladə Hallar Nazirliyi (FHN) özünü nazirliyin polkovnik rütbəli əməkdaşı kimi təqdim edərək Türkiyədə bələdiyyə sədri ilə görüşən şəxslə bağlı məsələyə aydınlıq gətirib.
Manevr.az-ın məlumatına görə, FHN-in Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva “report”a bildirib ki, həmin şəxs nazirlikdə işləmir.
“Özünü FHN polkovniki kimi təqdim edərək Türkiyədə bələdiyyə sədri ilə görüşən şəxs bizim nazirlikdə çalışmır”, – o qeyd edib.
Xatırladaq ki, Türkiyənin Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktay sosial şəbəkədə etdiyi paylaşımda qeyd edib ki, 2021-ci ilin avqust ayında Türkiyədə baş verən yanğın zamanı Azərbaycanın FHN-nin polkovniki Rasim Əhmət Marmarisə gərələk təbii fəlakətlə mübarizə aparıb. M.Oktay həmin şəxslə yenidən görüşüb, daha sonra ona plaket təqdim edib. O, görüşdən çəkilən fotoları sosial şəbəkə səhifəsində paylaşıb.
Bələdiyyə sədrinin paylaşımından sonra Türkiyə mətbuatı məsələ ilə bağlı araşdırma aparıb. Məlum olub ki, heç bir mənbədə Azərbaycan FHN-də Rasim Əhmət adlı şəxsin işlədiyinə dair məlumat yoxdur.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar