Xəbər lenti
Paşinyanın sabiq baş mühafizəçisi ölüb
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri general Qriqori Ayrapetov ölüb.
Manevr.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Qeyd olunur ki, 54 yaşlı Ayrapetov yanvarın 1-də Eraz məhəlləsində yerləşən evində ölüb.
O, 2018-ci ilin iyununda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib. 2019-cu il oktyabrın 15-də isə prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.
Ayrapetov üç keçmiş prezidentin - Levon Ter-Petrosyanın, Robert Koçaryanın, Serj Sarkisyanın, eləcə də hazırkı baş nazir Nikol Paşinyanın şəxsi mühafizəsinə rəhbərlik edib.
Xatırladaq ki, o, 2018-ci ilin sentyabrında Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla eyni liftdə olub.azvision.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























