Xəbər lenti
Baş həkimi şantaj edən "jurnalist"in məhkəməsi başlayır
Bakıda baş həkimi şantaj edərək 2000 manatını almaqda təqsirli bilinən “www.azinfo.tv” və "www.sheffaf.az" xəbər portalının rəhbəri Namik Əmrahovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Manevr.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əhməd Quliyevin icraatına verilib.
Xatırladaq ki, “www.sheffaf.az” xəbər portalının baş redaktorunun 36 nömrəli Şəhər Poliklinikasının baş həkimindən hədə-qorxu ilə pul tələb etməsi barədə Sabunçu rayon Prokurorluğuna müraciət daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən xəbər portalının təsisçisi və baş redaktoru Namik Əmrahov Sabunçu rayonu, 36 nömrəli şəhər Poliklinikasının baş həkimi Ramidə İbrahimovaya özünü “www.azinfo.tv” və www.sheffaf.az xəbər portalının rəhbəri kimi təqdim etməklə barəsində kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək 2018-ci ildən etibarən ondan dəfələrlə ümumilikdə 2 min manat məbləğində pul tələb edərək alıb.
Faktla bağlı cinayət işi başlanıb, Namik Əmrahov Cinayət Məcəlləsinin 182.2.2 (təkrar törədilməklə hədə-qorxu ilə tələb etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar