Xəbər lenti
İmişlidə 14 yaşlı qızın nişanlanması ilə bağlı AÇIQLAMA
İmişli rayonunda 14 yaşlı qızın nişanlanması hadisəsi ilə bağlı Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) dərhal İmişli Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya, eyni zamanda İmişli rayon hüquq mühafizə orqanları ilə əlaqə saxlayıb.Qeyd edilir ki, 14 yaşlı qızın nişanlanması aidiyyəti qurumların nəzarətindədir.
Komitədən verilən məlumata görə, AQUPDK məsələ ilə bağlı müzakirə aparılıb və aidiyyəti tədbirlər görülüb. Belə ki, hər iki tərəfin valideynləri İmişli RPŞ-ə dəvət olunaraq onlara bu hadisənin hüquqazidd olması və məsuliyyətə səbəb olması haqqında məlumat verilib.
"Məsələ aidiyyəti qurumların nəzarətindədir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq, bu hadisələrə biganə yanaşmayaraq hadisənin baş verdiyi anda aidiyyəti qurumları məlumatlandıran ictimaiyyət nümayəndələrinə təşəkkürümüzü bildirir və hər kəsdən bu kimi hallarla rastlaşdıqları zaman dərhal müvafiq qurumlara məlumat vermələrini xahiş edirik", - komitədən bildirilib. report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























