Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda ağır qəza baş verib, ölən və yaralananlar var - Şəkillər

Tarix: 27-12-2021 08:18     Baxış: 3317 A- / A+

Bakının Sabunçu rayonunda yol qəzası zamanı 4 nəfər xəsarət alıb və bir nəfər ölüb.


Hadisə Məmmədli qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobili idarə edən 1988-ci il təvəllüdlü Xanmirzəyev Şahüseyn Xəqani oğlu hərəkətdə olan zaman Camallədin Məmmədov idarə etdiyi “AzSamand” markalı maşını onun nəqliyyat vasitəsinə çırpıb.

Qəza nəticəsində “Mercedes”in sürücüsü, o cümlədən onun atası, 1968-ci il təvəllüdlü Xəqani Xanmirzəyev Şahüseyn oğlu, anası Xanmirzəyeva Rəsmiyyə Bilal qızı ağır xəsarətlər alıb.

Qəza zamanı “Azsamand”ın sərnişini, 1981-ci il təvəllüdlü Əliyev Ramin Sabir oğlu da müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“AzSamand”ın sürücüsü Camallədin Məmmədov hadisə yerində ölüb. Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılaraq “morq”a təhvil verilib.

Faktla bağlı əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Yol Patrul Xidmətinin əməkdaşı Samir Mirzəyev açıqlamasında bildirib ki, “AzSamand” markalı maşının sürücüsü sükan arxasında yuxuya gedib. Qəzaya səbəb məhz bu olub. apa

Manevr.az 




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar