Xəbər lenti
Azərbaycanda şok dələduzluq: 50 nəfəri aldatdılar
İnternet vasitəsilə iş axtaran bir qrup insan dələduzluq hadisəsi ilə qarşılaşıb.
Bu səbəbdən “Qafqazinfo”ya müraciət edən sakinlər əmək sığortası üçün şirkətə qabaqcadan pul ödədiklərini, ancaq bir neçə saat gözləsələr də, şirkətdən bir xəbər çıxmadığını söyləyiblər: "İnternetdə iş elanları olan müxtəlif saytlarda "Guess" ayaqqabı fabrikinə işçi tələb olunduğu barədə elan yerləşdirilib. Elanda aylıq əmək haqqı 500 manat göstərilmişdi. Sadəcə olaraq biz əmək sığortası üçün bankomat vasitəsilə 30 manat ödəməli idik. Qeyd olunan nömrələrlə əlaqə saxladığımız zaman çek və kodu istədilər, biz də Whatsapp vasitəsilə göndərdik. Daha sonra da dönə-dönə tapşırdılar ki, səhər saat 08:30-da "Koroğlu" metro stansiyasının qarşısında olaq. Fabrikin avtobusu bizi oraya aparacaq".
Sakinlər 30 manat məbləğində pulu ödədikdən sonra qərarlaşdırılan ünvanda toplaşıblar. Ancaq deyilən vaxtdan 3 saat keçsə də, onları fabrikə aparmaq üçün hər hansı bir avtobus gəlməyib. Frıldaqçılığa məruz qalanlardan biri olan Abduləli Abdullayevin sözlərinə görə, əvvəl əlaqə saxladıqları nömrələrə zəng vursalar da, cavab verən yoxdur: "Biz də nə deyiblərsə, onu etmişik. Səhər saat 7-dən burada gözləyənlər var. Qadınlı-kişili 50-yə yaxın adam var idi. Çoxu gözləməkdən bezib getdi".
Polis şikayətçilərə bildirib ki, kim 30 manatı hansı rayonda ödəyibsə, həmin rayonun bölməsinə müraciət etsin: "Yevlaxdan, Bərdədən, Hacıqabuldan, bir sözlə, ölkənin hər yerindən iş üçün gələnlər var. Bakıdan olan azdır. Biz istəyirdik, birlikdə harasa gedib şikayət edək, ancaq polis bölgələrə göndərir. Bu səbəbdən də mediaya müraciət etmək qərarına gəldik. Biz aldadılmışıq, başqaları aldadılmasınlar. Bu qədər insanı dolamaq olmaz".
Şikayətçilər iş üçün 051 690 20 52; 050 692 21 19 nömrələri ilə Raqif adlı şəxslə danışıblar. Saytın əməkdaşları yenidən həmin nömrələrlə əlaqə saxlamağa çalışsalar da, zəng çatmayıb.
Özünü ayaqqabı fabrikinin rəsmisi kimi tanıdan şəxsin Whatsapp profilində isə məşhur geyim markası "Guess"in mağazalarından birinin fotosu yerləşdirilib.
Belə ki, frıldaqçılar insanları çaşdırmaq üçün geyim mağazasının adından istifadə ediblər.
Saytın əməkdaşı məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxlayıb. Rəis müavini bildirib ki, bu kimi hallar yaşandıqda zərərçəkmişlər mediaya yox, "102" xidmətinə zəng vurmalıdırlar: "Zərərçəkmiş müraciət etdiyi polis orqanından, polisin ona verdiyi cavabdan narazı olduğu təqdirdə də yenə DİN-ə və "102" xidmətinə müraciət etməlidir, mediaya yox. Həmin dələduzluğa məruz qalanlar da buyursunlar rəsmi qaydada DİN-ə müraciət etsinlər. Bu zaman məsələ tam araşdırılacaq".
Şikayətçilər isə dələduzluq faktı ilə artıq "102" xidmətinə müraciət etdiklərini bildiriblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar