Manevr.az xəbər verir ki, polkovnik Rza Hacıyev 2014-cü ildə də adı qətl törətməkdə hallanıb.
Bakının Sabunçu rayonunun sabiq polis rəisi Rza Hacıyev qətl törətməsi barədə yayılan xəbərlərə də münasibət bildirmişdi. O, Türkiyədə qətl törətməsi barədə yayılan məlumatı təkzib etmişdi: "Bu, mənə qarşı təxribatdır. Mən bu ilin fevralında şəxsi işlərimlə əlaqədar Türkiyədə olmuşam. Lakin Telman İsmayılova məxsus oteldə qalmamışam. O oteldə qalmağa maddi imkanım da yol vermir. Bu yalan məlumatı kim haradan necə düzüb-qoşub mənə də maraqlıdır. Bir daha haqqımda yazılan xəbərləri yalan və iftira adlandırıram. Hazırda Bakıdayam, istirahət edirəm"./qaynarinfo