Sizin Reklam Burada
Xəbər lenti
27-12-2024
26-12-2024
BÜTÜN XƏBƏRLƏR

Baba ilə nəvənin yanaraq öldüyü evdən dəhşət saçan - Şəkillər

Tarix: 16-12-2021 22:29     Baxış: 4161 A- / A+
Baba ilə nəvənin yanaraq öldüyü evdən dəhşət saçan FOTOLARXəbər verdiyimiz kimi Masall rayonunun Güllütəpə kəndində ikimərətəbəli fərdi yaşayış evinin yanması nəticəsində evdə olan baba və nəvəsi yanaraq ölüblər.

Yanğın Nəzərovlar ailəsinə məxsus 7 nəfərin yaşadığı evdə baş verib.

Evin ümumi sahəsi 300 m² olub. Yaxınlarda təmir olunmuş evdən əsər-əlamət qalmayıb. Ancaq quru divarlar qalıb. Hadisə hal-hazırda araşdırlır.

Yanğın zamanı ev sahibi, 59 yaşlı Allahverən Nəzərov və onun nəvəsi, 2017-ci il təvəllüdlü Rövşən Nəzərov yanaraq ölüblər.

Ümumi sahəsi 300 m², arakəsmə divarları taxta və çiy kərpicdən olan ikimərtəbəli beş otaqlı evin 2-ci mərtəbəsində 2 otağın, dəhlizin yanar konstruksiyaları 105 m² sahədə və dam örtüyü yanıb.

Dəhşətli olayda ev sahibi, 59 yaşlı Allahverən Nəzərov və onun nəvəsi, 2017-ci il təvəllüdlü Rövşən Nəzərov yanaraq ölüblər.

"Şəhidə həsr olunmuş tədbirdə idim, zəng gəldi ki, “qardaşın yandı”. Sözün düzü, başa düşmədim", - yanğın zamanı ölən A.Nəzərovun qardaşı İsmayıl Nəzərov bildirdi.

"Gəlib gördüm ki, evdən əsər-əlamət qalmayıb, hamısı yanıb kül olub. Evin içərisində olan bütün əşyalar yanıb. Ağlımıza gəlmir ki, bu nədən ola bilər? Ev də təzə təmir olunmuşdu. Bu dəqiqə şokdayam. Hansı səbəbdən yandığı barədə heç bir məlumatımız yoxdur. Hal-hazırda araşdırırlar, biz də xəbərdar olarıq.”

Mərhum Allahverən Nəzərovun oğlu və Rövşən Nəzərovun atası Elşən Nəzərov hadisə baş verən zaman Lənkərana xəstə apardığını dedi: “Gəldim gördüm, iş-işdən keçib. Atam yuxarıda yatmışdı, uşaqlar aşağıda idilər. Oğlan yuxarı çıxıb ki, babasını oyatsın. Ona səslənib, sonra bu biri otağa keçib. Atam da elə bilib, uşaq aşağıdadır, aşağıda ona deyiblər ki, uşaq yoxdur. O da yuxarı çıxandan sonra bilmirəm nə olub. Mənə belə dedilər. Mənim indi bu dəqiqə heç nəyim yoxdur. Mənim bir atam var idi, balam var idi, onlar da həyatda yoxdurlar. Bu həyat indi mənim üçün heç nədir”.

Nəzərovların yaxın qohumu Gülhəsən Yüzbaşov yanğın yerinə gəlib qohumlarına kömək etməyə cəhd edib: “Nərdivanı qoyub ikinci mərtəbəyə qalxdım ki, eyvandan içəri girim. Alovun gücündən içəri girmək mümkün deyildi. Ani sürətdə bir də gördüm dam uçdu. Sonra başqa tərəfdən girmək üçün qapını təpiklə açdım, amma bir xeyri olmadı.

Rəhmətlik Allahverənə 1-ci mərtəbədə deyiblər ki, uşaq yuxarıda qalıb. Kişi qaçıb ikinci mərtəbəyə, heç uşağın otağına çatmamış yerə yıxılıb, yanıb. Uşaq da sağ tərəfdəki 1-ci otaqda olub".

Qeyd edək ki, hazırda yanğının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırmalar aparılır. sputnik.az

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar