Xəbər lenti
Mühafizə şirkətinə hücum: Biri polis olmaqla 4 nəfər yaralandı
İspaniyanın Tarraqona şəhərində silahlı insident baş verib.Bu barədə Kataloniya polisi rəsmi “Twitter” səhifəsində məlumat yayıb.
Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları mühafizə şirkətinə atəş açan naməlum şəxsi saxlayıb.
Silahlı insident nəticəsində 3 nəfər yaralanıb. Daha bir polis əməkdaşı 45 yaşlı şübhəlini təqib edərkən yaralanıb.
“El Pais” qəzetinin məlumatına görə, şübhəli şəxs yerli şirkətlərdən birində mühafizəçi işləyib. Onun üzərində 1 tüfəng və dörd tapança olub. Şübhəlinin, həmçinin, psixi pozğunluqdan əziyyət çəkdiyini iddia edilir.
Həmin şəxs şirkətin ofisinə gələrək keçmiş həmkarlarına atəş açıb, nəticədə 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Birinin vəziyyəti kritik ağır, ikisinin vəziyyəti isə ağırdır.
Yarlı polis isə helikopterlə xəstəxanaya çatdırılıb. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































