Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ikinci dəfə nişanı qaytarılan qız bu sözləri yazıb İNTİHAR ETDİ - TƏFƏRRÜAT

Tarix: 14-12-2021 22:13     Baxış: 4297 A- / A+
Azərbaycanda ikinci dəfə nişanı qaytarılan qız bu sözləri yazıb İNTİHAR ETDİ - TƏFƏRRÜAT
Salyanda gənc qızın intihar etməsinin təfərrüatı məlum olub.

Manevr.az "report"a istinadən xəbər verir ki, rayonun Ərəbqardaşbəyli kənd sakini, 2000-ci il təvəllüdlü Bağırova Könül Şakir qızı yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib. Onun cansız bədənini axşam saatlarında atası aşkar edib.

Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə yerləşdirilib.

Zəhmətkeş ailədə doğulan K.Bağırova əvvəllər nişanlı olub və nişanlısının çox qısqanc olması səbəbi ilə qızın ailəsi nişanı qaytarıb.

Yaxınlarının bildirdiyinə görə, olduqca ağıllı və tərbiyəli olan K.Bağırovaya başqa bir oğlan elçi düşüb. Hər iki gəncin razılığı ilə gənclər nişanlanıblar. Bir neçə gündən sonra baş tutacaq nişan mərasiminə hazırlıqlar da görülübmüş.

Yaxınlarının sözlərinə görə, qızın əvvəllər nişanlı olması indiki nişanlısının ailəsindən gizlədilib. Hadisənin üstü açılandan sonra isə qızın ikinci dəfə nişanının qaytarılacağı barədə söz-söhbət yayılıb. Bütün olanların gərginliyini yaşayan K.Bağırova çıxış yolu kimi özünə qəsd edib. Onun üzərində olan kağız parçasında yazılıb: "Mənim ölümümdə heç kəs günahkar deyil".

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar