Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Nəvəsinin toyu günü qohumunu öldürdü - Dəhşətli qətlin təfərrüatı

Tarix: 12-03-2017 19:02     Baxış: 422 A- / A+

Nəvəsinin toyu günü qohumunu öldürdü

Martın 12-nə keçən gecə Goranboy rayonunun Qaraçinar kəndində baş vermiş qətl hadisəsinin təfərrüatları məlum olub.

Kəlbəcər rayonundan məcburi köçkün olan 46 yaşlı Natiq Qafarov həmkəndlisi, 51 yaşlı Mübariz Məmmədovu öldürərkən hər iki şəxs sərxoş vəziyyətdə olub.

Bildirilir ki, Kəlbəcər rayonunda qonşuluqda yaşayan şəxslər məcburi köçkün həyatı zamanı da qonşuluqda yaşamalı olublar və onlar uzaq qohum olublar. Dünən gecə saat 23:30 radələrində M.Məmmədov qonşusunun evinə gəlib. Bu zaman onlar arasında münaqişə yaranıb. Münaqişə vaxtı N.Qafarov sobanın üzərindəki kərpiclə evinə gələn şəxsin başına zərbələr endirərək onu öldürüb.

M.Məmmədovun qonşusunun evinə niyə gəlməsi, onlar arasında münaqişənin hansı səbəbdən baş verməsi araşdırılır.

Bu arada o da məlum olub ki, hadisə vaxtı N.Qafarovun ailə üzvləri Göygöldə olub. Bu gün onun nəvəsinin kiçik toy məclisi olacaqmış və həyat yoldaşı bir neçə gün əvvəldən qızının Göygöldəki evinə gedib. N.Qafarov da bu gün ora getməli imiş.

N.Qafarov hadisədən sonra könüllü olaraq polisə təslim olub.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar