Sizin Reklam Burada
Xəbər lenti
27-12-2024
26-12-2024
BÜTÜN XƏBƏRLƏR

Kişnyov məktəbində azərbaycanlılara qarşı diskriminasiya?

Tarix: 11-12-2021 16:02     Baxış: 3300 A- / A+

Moldovanın paytaxtı Kişnyovda yerləşən Sergey Raxmaninov adına Ali musiqi məktəbində azərbaycanlı şagirdlərə qarşı diskriminasiyaya yol verildiyi bildirilir.

Manevr.az xəbər verir ki, bu qalmaqal haqda Moldova mətbuatı yazıb.
Uşaqları həmin məktəbdə oxuyan azərbaycanlı valideynlər deyirlər ki, onların uşaqlarına qarşı azərbaycanlı olduqları üçün diskriminasiyaya yol verilir. Lakin digər uşaqların valideynləri iddia edirlər ki, əslində azərbaycanlı uşaqlar özlərini qeyri-adekvat aparırlar. Müəllimlər də diskriminasiya iddiasını rədd edir, bütün uşaqların onlar üçün eyni olduqlarını deyirlər.
Qalmaqal məktəbin 4-cü və 5-ci siniflərində oxuyan iki azərbaycanlı şagirdə görə başlayıb. Onların valideyinləri uşaq hüquqları üzrə ombudsmana yazdıqları ərizədə bildirirlər ki, 11 və 12 yaşlı oğlan uşaqları sinifdə başqa şagirdlər tərəfindən alçaldılır, müəllimlər də fürsət tapan kimi onları sıxışdırırlar və alçaldırlar.
“Hər şey dəhlizlərdə, böyüklərin gözü qarşısında baş verir, uşaqlar da bütün baş verənləri görür”, - həmin uşaqlardan birinin atası Yamil Məmmədov deyir. Ərizəçi bildirir ki, məktəbin şagirdləri başqa millətdən olanlara qeyri-adekvat yanaşırlar. Ombudsmanın ofisi isə məktəbin administrasiyasından bu faktla bağlı tədbir görməyi tələb edib.

“Təsvir edilən xüsusatlar şagirdlərə qarşı etnik, xüsusən dini zəmində diskriminasiyaya yol verildiyinə birbaşa dəlalət edir. Bu isə milli qanunvericiliyin ciddi şəkildə pozulmasıdır. Bu cür rəftar Məmmədovlar ailəsinin uşaqlarına qarşı qorxu mühiti yaranmasına gətirib çıxarıb və onların ləyaqətinin alçaldılmasına, təhsil almaq hüquqlarının pozulmasına gətirib çıxarıb”, - uşaq hüquqları üzrə ombudsmanın ofisindən bildirilir.
Lakin məktəbdəki digər şagirdlərin valideynləri iddia edirlər ki, məhz həmin iki azərbaycanlı şagird məktəbdə problemlər yaradır. Onlardan biri hətta öz həmyaşıdını xüsusi qəddarlıqla döyüb. Pedaqoqlar da həmin iki azərbaycanlı şagirdə qarşı diskriminasiyadan söhbət gedə bilməyəcəyini deyirlər.
“Mən uşaqlarla elə işləməyə çalışıram ki, onlar evlərinə pis qiymətlə qayıtmasınlar. Onlara bilik lazımdır, qiymət yox. Mənim uşaqlarla münaqişəm olmayıb və bütün bu böhtanları başa düşə bilmirəm”, - məktəbin rus dili müəlliməsi İrina Kloçkova bildirir.
“Mən hesab edirəm ki, hər şey ailədən qaynaqlanır. Şagirdlər üzərində istənilən müşahidə insunasiya kimi qarşılanır”,- dirijor İqor Yerşats isə belə deyir. Məktəbin keçmiş direktoru olan Yerşats bildirir ki, bütün şikayətlər araşdırılıb, amma heç biri təsdiqini tapmayıb.

“Onlar uşaqlarına münasibətdə istənilən irada təqib kimi baxırlar. Bu isə qətiyyən düzgün deyil! Həmin iki uşağa münasibətdə heç bir diskriminasiya olmayıb və ümumən bizim ölkədə diskriminasiya yoxdur, çünki burada müxtəlif millətlərdən olan uşaqlar təhsil alır”,-musiqi müəlliməsi Natalya Korkodel belə deyir.
Lakin valideyinlərin yazdığı və hüquqşünas tərəfindən baxılmış ərizədə göstərilir ki, məktəbin 4-cü və 5-ci siniflərində oxuyan iki azərbaycanlı şagird məktəb direktorunun təsərrüfat işləri üzrə müavini olan qadın tərəfindən diskriminasiyaya məruz qoyulur. Həmin direktor müavini tez-tez uşaqları söyür və təhqir edir, onlara “kütbeyin türklər” və “balaca terrorçular” deyir. Bu isə valideynlərin nəzərincə, uşaqların psixologiyasına zərbə vurub və onlar məktəbə getməkdən qorxurlar.
Məktəbin administrasiyası isə bildirir ki, həmin direktor müavini təkcə azərbaycanlılara yox, bütün uşaqlara qışqırır. “O, hamıya qışqırır, təkcə sizin uşaqlara yox. Biz dəfələrlə ona demişik ki, belə qışqırmaq olmaz”, - məktəbdən deyiblər./virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar