Xəbər lenti
İstintaq Bayram Məmmədovun ölümü ilə bağlı qərar verdi
Müasir Hüquqşünaslar Dərnəyinin İstanbul şöbəsi NİDA-çı gənc Bayram Məmmədovun Türkiyədə vəfat etməsinə dair aparılan istintaqla bağlı açıqlama yayıb.Manevr.az xəbər verir ki, açıqlamada Bayram Məmmədovun cəsədinin 2021-ci il mayın 2-də Kadıköydə dənizdən çıxarıldığı, dostlarının mayın 4-də Adli Tıp Kurumunda nəşini tanıdıqları qeyd olunur.
Bununla yanaşı, bildirilir ki, Bayram Məmmədovun suda boğularaq dünyasını dəyişdiyi məlum olub.
“İstintaq materiallarına daxil edilmiş Adli Tıp Kurumunun 29.11.2021-ci il tarixli ekspertiza rəyi ilə Bayram Məmmədovun suda boğularaq öldüyü müəyyən edilmişdir. Ekspertiza rəyinə uyğun olaraq, Prokurorluq 2021-ci il 7 dekabr tarixində məhkəmə təqibinin aparılmaması barədə qərar qəbul edib”, - deyə açıqlamada bildirilir.
Xatırladaq ki, NİDA-çı Bayram Məmmədov 2016-cı ildə həbs edilərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş, 2019-cu ildə Əfv sərəncamı ilə azadlığa buraxılmışdı./qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































