Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Şagirdin qalmaqal yaratdığı məktəbdən REPORTAJ - VİDEO

Tarix: 07-12-2021 20:45     Baxış: 4210 A- / A+
Şagirdin qalmaqal yaratdığı məktəbdən REPORTAJ - VİDEO
Sosial şəbəkələrdə paytaxtın Suraxanı rayonunda yerləşən 282 nömrəli tam orta məktəbdə şagirdin valideyninin məktəbə gələrək dərs prosesinə mane olmasını əks etdirən videogörüntü yayılıb.
Məktəbdə müəllimə qarşı nalayiq ifadələr işlədən bu şəxs məktəbin 7-ci sinif şagirdinin valideynidir. Onun bu hərəkətinə səbəb isə övladı haqqında yayılan məlumatlardır. 
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, şagird tədris prosesi zamanı özünü çox aqressiv aparır. Sinif rəhbəri və müəllimlər şagirdi intizama dəvət etdiyi zaman əsəbiləşərək müəllimlərə də xəsarət yetirir. 
Hazırda Daxili İşlər Nazirliyi məsələni nəzarətə götürüb, araşdırma aparılır.

Baku TV əməkdaşları sözügedən məktəbdə olub. Müəllim və şagirdlərlə söhbət aparıb. İttiham edilən şagirdin həmin məktəbdə oxuyan qardaşı deyilənlərlə razılaşmayıb: 
"Burada şişirdilmiş məlumat var. Bir şagird müəllimi necə döyə bilər?! Dünən valideynim məktəbə gəlib, lakin direktor onu dinləməyib”.
Ətraflı videonu təqdim edirik: 

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar