Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Xəstəxanada elektroşok olsaydı, 16 yaşlı qız sağ qalardı”

Tarix: 03-12-2021 12:10     Baxış: 3227 A- / A+

Dekabrın 1-də Saatlı rayon sakini 16 yaşlı Aytac İsmayılova hamamda dəm qazından boğularaq vəfat edib.
Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb. Yaxınlarının iddiasına görə, o, xəstəxanaya sağ çatdırılsa da, həkimlər həyata qaytara bilməyib. Buna səbəb kimi isə qohumlar xəstəxanada elektroşok aparatının olmamasını əsas gətirirlər. 

Manevr.az xəbər verir ki, "qafqazinfo” qeyd edilən aparatın olmaması haqda sözügedən xəstəxana ilə əlaqə saxlayıb. Saatlı Rayon Mərkəzi Xəstəxanasının ümumi şöbəsinin müdiri Nicat Mütəllimov sayta bildirib ki, Aytac İsmayılovanın dəm qazından zəhərlənməsi ilə bağlı valideynləri Təcili Tibbi Yardım Stansiyasına çağırış edib: "Təcili Tibbi Yardım Stansiyası xəstə evdə olarkən onun bioloji ölümünü təsdiq edib. Ancaq valideynləri bununla razılaşmayaraq, onu öz maşınları ilə yenidən xəstəxanaya gətiriblər. Həkim xəstəxananın həyətində bildirib ki, artıq hər hansı bir müdaxiləyə ehtiyac yoxdur. Çünki ölüm baş verib.
Qeyd edim ki, xəstəxananın təcili tibbi yardım bölməsində elektroşok aparatı var. Ancaq reanimasiya şöbəmizdə bu aparatdan yoxdur".
Xatırladaq ki, rayon sakini, 2005-ci il təvəllüdlü Aytac İsmayılova yaşadığı evin hamam otağında çimərkən su qızdırıcının dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar