Xəbər lenti
Körpə həyətlərindən keçən su arxında boğulub

Şabran rayonunda 1 yaş 5 aylıq uşaq kanalda boğulub.
Bu bədbəxt hadisə rayonun Gəndob kəndində baş verib.
2015-ci ilin oktyabrında anadan olmuş Pənahov Yusif Oqtay oglu evinin yaxınlığından keçən su arxına yıxılaraq boğulmağa başlayıb. Yusif su arxından cıxarılaraq ağır vəziyyətdə Sabran rayon Mərkəzi Xəstəxanasına catdırılıb.
Xəstəxananın həkimi İmamqulu İbrahimin sözlərinə görə, xəstə ağır vəziyyətdə xəstəxanaya daxil olub. Körpəyə ilkin tibbi yardım göstərilsə də, rayonda onun tam xilası üçün müvafiq şərait olmadığından, Bakıya göndərilməsi məqsədəuyğun hesab olunub. Uşaq K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna göndərilib.
Şahidlərin sözlərinə görə, hadisə, valideynlərin uşağı nəzarətsiz qoyması səbəbindən baş verib. Körpə su ilə oynamaq üçün arxa yaxınlaşıb və suyun içinə düşüb. Xoşbəxtlikdən ailə üzvləri özünü xilas etmək imkanı olmayan balacanın suya düşməsindən tez xəbər tutublar. Onun ciyərlərinə su dolub və nəfəsalması çətinləşib. Onu ağır vəziyyətdə rayon xəstəxanasına çatdırıblar. Uşağın həyati təhlükəsini adlayıb-adlamadığı hələlik bilinmir. Sputnik Azərbaycan
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar