Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Polis polkovniki 7 il müddətinə həbs edildi

Tarix: 23-11-2021 15:34     Baxış: 3195 A- / A+

Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı rayon Polis Şöbəsinin keçmiş rəis müavini, dələduzluqda təqsirləndirilən Hüseyn Muradxanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə H.Muradxanov 7 il azadlıqdan məhrum edilib.
İttihama görə, H.Muradxanov evli olduğu halda özünü subay kimi təqdim edərək həyat yoldaşının razılığı olmadan özünə məxsus olan əmlakı satıb. H.Muradxanovun şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay kimi göstərilib. Buna görə də birgə nikah dövründə alınan daşınmaz əmlakın satışını təkbaşına həyata keçirib. Şəxsiyyət vəsiqəsində subay göstərildiyi üçün notariusda onun evli olub-olmadığı araşdırılmayıb.
2016-cı ildə H.Muradxanov həyat yoldaşından boşanandan sonra onun həyat yoldaşı məhkəməyə müraciət edərək, əmlakın satışından xəbəri olmadığını, buna görə alqı-satqının etibarsız hesab olunmasını istəyib. Məhkəmə iddianı təmin edib və alqı-satqı müqaviləsi etibarsız hesab edilib.
Bundan sonra obyekti alan qadın polis polkovnikindən şikayət edərək sabiq rəis müavini onu aldadıb 180 min manatını ələ keçirdiyini bildirib.
Şikayət əsasında H.Muradxanova cinayət işi açılıb.
Polis polkovniki Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar