Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

13 yaşlı Alyoşa Putindən inək istədi və aldı...

Tarix: 20-11-2021 21:42     Baxış: 3214 A- / A+

                         


Saxa Respublikasının (Yakutiya) Kənd Təsərrüfatı Nazirliyi prezident Vladimir Putindən inək istəyən oğlana inək almağa kömək edəcək.
2021-ci ilin iyununda Putin vətəndaşlarla canlı yayım vasitəsi ilə görüş keçirərkən qaynar xəttin nömrəsinə 13 yaşlı Alyoşa müraciət edib və ona inək almasında köməklik göstərməsini prezidentdən xahiş edib. Həmin müraciət canlı yayıma düşməsə də, bu məsələyə köməklik göstərməsi respublikanın Kənd Təsərrüfatı Nazirliyinə tapşırılıb. Qayıdış ünvanı səhv olduğu üçün oğlanın axtarışı bir neçə ay çəkib.

Nəticədə nazirlik Alyoşanı tapmağa nail olub və onun qohumları ilə əlaqə saxlayıb. Məlum olub ki, 4 il əvvəl onların evi yanıb və o vaxtdan ailə qarajda yaşamağa məcbur olub. Yaxın günlərdə ailəyə inəyi çatdıracaqlar. Bundan əlavə, Churapchinski rayonunun başçısı səlahiyyətlərini icra edən Stepan Sargıdayev ailənin yaşayış şəraitinin yaxşılaşdırılması məsələsini şəxsi nəzarətinə götürüb.
Daha əvvəl bildirilib ki, Putin Ümumrusiya Xalq Cəbhəsinə vətəndaşların birbaşa xətt zamanı daxil olan bütün müraciətlərini təhlil etməyi tapşırıb. Müraciətlər, əsasən, qazla bağlı problemlər, işsizlik, məktəblərin qənaətbəxş olmadığı ilə bağlı olub./virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar