Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Mustafa Kamal Atatürkün 98 il öncə verdiyi mesajlar: Heç yerdə yayımlanmayan müsahibə - ŞƏKİL

Tarix: 20-11-2021 18:38     Baxış: 4217 A- / A+

Türkiyəli tarixçi, deputat Xəlil Özşavlı İngiltərə arxivlərində Mustafa Kamal Atatürkün 98 il əvvəl “Le Temps” qəzetinin jurnalisti Paul Gentizona verdiyi və bu günə qədər işıq üzü görməmiş müsahibəsini üzə çıxarıb.
Tarixçinin sözlərinə görə, müsahibə 1923-cü ilin fevralın 12-də götürülüb. X.Özşavlı apardığı araşdırmalar zamanı müsahibənin “Le Temps” qəzeti də daxil olmaqla heç bir yerdə yayımlanmadığını müəyyən edib.
“Kapitulyasiyaları heç bir şərtlə qəbul etməyəcəyimizi, müstəqilliyimiz üçün savaşdığımız dörd il ərzində hər zaman ifadə etdim. Fransızların bu mövzuda digər hər kəsdən daha barışmaz olması məni təəccübləndirdi. Şəxsimin və ölkəmin Fransaya qarşı hiss etdiyi duyğular dostyanadır. Fransa hökuməti müstəqilliyimizi təhlükə altına alacaq şərtləri qəbul etməyimiz üçün təkid etsə, biz bu təkidin dostyana olduğunu qəbul edə bilmərik. Yeni Türkiyə digər millətlər kimi yaşamaq istəyir. Biz yeni Türkiyənin ikinci bir Çin və ya koloniya kimi qəbul edilməsinə qarşıyıq. Biz kölə olmayacağıq. Fəaliyyətlərimizi hərəkətə gətirən tək şey tam müstəqilliyə olan tələbimizdir. Fransa xalqı mövqeyimizin başqa bir motivasiyası olduğunu düşünməməlidir. Fransa ilə yaxşı münasibətlər qurmaq istəyirik, çünki iki ölkənin bir çox ortaq maraqları var. Bunlar qarşılıqlı münasibətlərə çevrilsə, bu ən faydalısı olacaq. Əgər olmasa sonsuz çətinliklər mövcud olacaq”, - deyə Mustafa Kamal Atatürk müsahibəsində bildirib./oxu.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar