Sizin Reklam Burada
Xəbər lenti
26-01-2025
25-01-2025
BÜTÜN XƏBƏRLƏR

Şagirdlərə narkotik satanı yaxalayan müəllimdən AÇIQLAMA

Tarix: 19-11-2021 21:35     Baxış: 3184 A- / A+
odnoklassniki sharing button
Bakıda şagirdləri narkotik, siqaret və spirtli içkilərə aludə etdirən şəxsin yaxalandığını xəbər vermişdik. Məktəbliləri narkotikə qurşadan şəxsi ifşa edənin Xəzər rayonu 322 saylı məktəbin informatika müəllimi Tural Sofuyev olduğunu bildirmişdik. 
Manevr.az xəbər verir ki, Tural Sofuyev faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə bu barədə məlumat verib və narkoticarətçi polis əməkdaşları tərəfindən saxlanılıb.
Tural Sofuyev bizim.media-ya özü müraciət edərək olayla bağlı təfərrüatları danışıb.
O, şagirdləri narkotikə, içkiyə və siqaretə aludə edənin noyabrın 15-də yaxalandığını bildirib:
“322 nömrəli məktəbin bir neçə 11–ci sinif şagirdlərinin üzərindən siqaret və içki qoxusu gəlməklə bağlı şübhələndik. Direktor araşdırmanın aparılması üçün göstəriş verdi. Dərhal Xəzər rayonunun 2-ci Polis Bölməsinə müraciət etdik. Şagirdlərdən yalnız bir nəfəri etiraf etdi ki, onları bu yola vadar edən şəxs var. Adını açıqlayandan sonra həmin şəxs məktəbə dəvət edilib və Polis Bölməsi tərəfindən operativ əməliyyat zamanı yaxalanıb”.
Tural Sofuyev məsələ ilə bağlı Təhsil Nazirliyinə də məlumat verildiyini qeyd edib:
“Digər şagirdləri də danışdırırıq. Nəsə ortaya çıxarsa, anında polis bölməsinə məlumat verəcəyik. Mənim, şagirdin və məktəb psixoloqunun izahatları alınıb”.
Tural Sofuyevin sözlərinə görə şagirdləri zəhərləyən 29 yaşlı Maştağa sakinidir:
“Hal 50 dəfə də təkrarlansa, məsələni araşdıracağam. Bu, təkcə hər hansı bir şagirdin dərsdən qaçması, yayınması məsələsi deyil, bizə əmanət olunan məktəblilərin birbaşa pis vərdişə çəkilməsidir. Məlumatı açıqlamaq  reklam xarakteri daşımır, məqsəd bu işdə qurumlarımızın daha ciddi iş görmələridir”.
Məlumat üçün bildirək ki, hazırda pedaqoq işləyən Tural Sofuyev pedaqoq işləməzdən əvvəl Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı və polis leytenantı kimi fəaliyyət göstərib.
Qeyd edək ki, Daxili işlər Nazirliyi məsələ ilə bağlı həələki rəsmi məlumat açıqlamayıb.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar